Ötən il Bakı üzrə qəzaların böyük hissəsi Ziya Bünyadov, Qara Qarayev prospektlərində və Məhəmməd Hadi küçəsində qeydə alınıb.
Bu barədə Xeber-ps.com-ın sorğusuna cavab olaraq, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.
V.Əsədovun sözlərinə görə, qəzaların əksəriyyəti günün qaranlıq saatlarında baş verib:
“Hadisələrin təhlili göstərir ki, günün saatlarına görə, 13:00-dan 18:00-a, 20:00-dan 00:00-a qədər daha çox yol-nəqliyyat hadisəsi baş verir. Bu saatlarda Bakı şəhəri üzrə 235 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 92 nəfər ölüb, 190 nəfər isə xasarət alıb. Bu isə ümumi hadisələrin 51,1 faizini, həlak olanların 54,4%-ni, xəsarət alanların isə 49,1%-ni təşkil edib”.
Ötən il Bakı şəhərində prospekt və küçələr üzrə qeydə alınan qəzaların statistikası:
- Ziya Bünyadov (19 hadisə, 6 ölüm,18 xəsarət);
- Qara Qarayev (10 hadisə, 2 ölüm, 10 xəsarət);
- Babək prospekti (10 hadisə,1 ölüm, 9 xəsarət);
- Neftçilər prospekti (9 hadisə, 3 ölüm, 16 xəsarət);
- Nobel prospekti (7 hadisə, 6 ölüm, 5 xəsarət);
- Gəncə prospekti (5 hadisə, 3 ölüm, 3 xəsarət);
- Lökbatan-Xocahəsən yolu (11 hadisə, 8 ölüm, 9 xəsarət);
- Məhəmməd Hadi küçəsi (14 hadisə, 2 ölüm, 12 xasərət);
- Ağa Neymətulla (9 hadisə, 1 ölüm, 8 xəsarət);
- R. Rüstəmov küçəsi (7 hadisə, 4 ölüm, 8 xəsarət);
- Fətəli Xan Xoyski (7 hadisə, 1 ölüm, 6 xəsarət);
- Koroğlu Rəhimov (6 hadisə, 1 ölüm, 6 xəsarət);
- B. Çobanzabə (4 hadisə, 1 ölüm, 5 xəsarət);
- Həsən Əliyev küçəsi (4 hadisə, 4 xəsarət ).
Nəticədə bu küçələrdə 161 fakt qeydə alınıb ki, bu hadisələr zamanı 56 nəfər ölüb, 146 nəfər xəsarət alıb. Bu isə ümumi hadisələrin 35 %-ni, ölənlərin 33,1 %-ni, yaralananların isə 37,7 %-ni təşkil edir”.
Könül Cəfərli