Bakıda xəsarətlə nəticələnən daha bir yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində 1985-ci il təvəllüdlü Tahirov Zaur Rahib oğlu xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Hadisənin təfərrüatı araşdırılır.