Bu qış Yaponiyada qeydə alınan quş qripi epidemiyası öz miqyasına görə rekord sayıla bilər.
Bu barədə ölkə hökumətinin Baş katibi Katsunobu Kato məlumat verib.
Onun sözlərinə görə, ilk yoluxma halları 2020-ci ilin noyabr ayında Kaqava prefekturasında qeydə alınıb. Sonradan quş qripi daha 15 prefekturadakı 36 quş fabrikində aşkarlanıb və 6 milyondan çox quş tələf olunub.
Baş katib qeyd edib ki, müəyyən olunmuş xəstəlik halları və məhv edilmiş quşların sayına görə builki göstəricilər ən yüksək sayıla bilər.