Türkiyədə bələdiyyənin sosial media hesabında paylaşılan zarafat sosial mediada gündəm olub.
Belə ki, paylaşımda şahzadə Diana və şahzadə Çarlzın bal ayını Borçkada keçirdiyi bildirilib.
Bu barədə “HaberGlobal” xəbər yayıb.
Prenses Diana ve Prens Charles'ın balayı için mütevazı kentimiz Borçka'yı tercih ettiğini biliyor muydunuz? pic.twitter.com/PDOv262nTW
— Borçka Belediyesi (@Borckabel) January 7, 2021
Foto istifadəçilər tərəfindən birmənalı qarşılanmayıb və böyük müzakirələrə səbəb olub. Bu səbəbdən Artvin şəhərinin Borçka bələdiyyəsinin sədri Ercan Orhan açıqlama vermək məcburiyyətində qalıb.
“Məqsədimiz rayonun təbii gözəlliklərinə diqqət çəkməkdir. Fotodakı mənzərə mahalımıza bənzədiyi üçün zarafat etmək istədik”, - deyə o bildirib.
Bələdiyyə başçısı sosial media hesablarında əvvəllər də belə yazılar dərc etdiklərini və bundan sonra da edəcəklərini vurğulayıb.