“Facebook”, “Twitter” və “Instagram” Trampın hesabını dondurub - FOTO

“Facebook” və “Twitter”in ardınca “Instagram” sosial şəbəkəsi də ABŞ Prezidenti Donald Trampın hesabını dondurub.

Bu barədə “RİA Novosti” xəbər yayıb.

“Prezident Trampın “Instagram” hesabını 24 saat müddətinə bağlayırıq”, - deyə sosial şəbəkənin rəhbəri Adam Mosseri bəyan edib.

Bundan əvvəl prezidentin hesabını “Twitter” 12 saat, “Facebook” isə 24 saat müddətinə dondurduğunu elan etmişdi.

Bu sosial şəbəkələr və “Youtube” Trampın etirazçılara videomüoraciətini bloklayaraq, bunun qaydaları pozduğu barədə xəbərdarlıq edib.

Qeyd edək ki, Tramp qarşıdurmalar fonunda Kapitolinin yanına toplaşan nümayişçilərə seçkilərin ondan “oğurlandığını” demişdi.

0.33648705482483