Çex Respublikasında və Slovakiyada koronavirusdan ölənlərlə əlaqədar təhlükəli vəziyyət yaranıb

Çex Respublikasında və Slovakiyada koronavirus səbəbindən vəfat etmiş xəstələrin cənazə mərasimlərinin təşkili və mərhumların cəsədlərinin saxlanılması ilə bağlı ciddi problemlər yaşanır.

Bu barədə Çexiyada dərc edilən “Mlada fronta Dnes” nəşri məlumat yayıb.

Qeyd olunur ki, Çexiya respublikasının şərqində yerləşən, 288 min əhalisi olan Ostrava şəhərinin krematoriyaları gecə-gündüz işləsə də COVID-19-dan ölənlərin qəbul edilməsini təmin edə bilmir.

Slovakiyanın Nitrə şəhərində isə koronavirusdan ölənlərin cəsədlərini saxlamaq üçün futbol stadionundan istifadə etmək barədə qərar verilib.

0.29791712760925