Dostluq təklifini rədd edən sabiq müdirini ölümlə hədələdi

Amerikalı kişi sosial şəbəkədə onunla dostluq etmək istəməyən sabiq müdirinin evinə hücum edib. 

Bununla bağlı “Williston Herald” nəşri məlumat yayıb. 

Məlumatlara görə, Şimalı Dakota ştatının sakini Kaleb Burçik “Facebook”da onun dostluq təklifini rədd edən sabiq müdirinin evinin qapısını qırıb. 

Bundan əvvəl isə Burçik sabiq müdirini ölümlə hədələyib. 

Burçikə qarşı terrorçuluq və quldurluq maddələri ilə cinayət işi başlanıb. O, yanvarın 27-də hakim qarşısına çıxarılacaq.

0.51497578620911