ABŞ-ın Miçiqan ştatında təyyarə qəzaya uğrayıb.
Bu barədə yerli mətbuat məlumat yayıb.
Bildirilib ki, Oklend Polis İdarəsindən verilən ilkin məlumata görə, hadisə nəticəsində təyyarədə olan 3 nəfər ölüb. Onlardan biri pilot, ikisi isə sərnişin olub.
Hadisə yerində yanğından mühafizə bölmələri cəlb edilib.
Təyyarənin düşdüyü ərazidə bir evdə güclü yanğın baş verib.
Sakinlər vaxtında evdən çıxmağı bacarıblar.