Salyanda evdə yanğın baş verib

Salyan rayonunda evdə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonun Kürkənd kəndində ümumi sahəsi 240 m² olan ikimərtəbəli evin birinci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 24 m² sahədə yanıb, digər otağın tavanı 24 m² sahədə qarsalanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

0.3119421005249