Kürdəmirdə yük və minik maşınları toqquşdu, ata və oğul öldü - FOTO

Kürdəmirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə rayonun Heydər Əliyev prospektində yerləşən körpünün üzərində qeydə alınıb.

Kürdəmir rayon sakini, 42 yaşlı Cavadov Xaliq Durmuş oğlunun idarə etdiyi “KaMAZ” markalı yük maşını körpünün üzərində hərəkətdə olarkən qarşı tərəfdən gələn, 29 yaşlı Quliyev Ərzuman İlqar oğlunun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə toqquşub. Nəticədə “VAZ-2107”in sürücüsü və sərnişini, 53 yaşlı Quliyev İlqar Səməd oğlu elə hadisə yerindəcə vəfat ediblər.

Onların meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyi Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon Şöbəsinə təhvil verilib. Onlar ata və oğul olublar. 

Faktla bağlı araşdırma aparılır.

0.35817098617554