Nərimanovda avtomobil 17 yaşlı qızı vurub

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb.

“Şərq bazarı”nın qarşısında yolu keçən 2003-cü il təvəllüdlü İsmayılova Nəzrin Emil qızını avtomobil vurub.

Müxtəlif xəsarətlər alan yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.

0.33870697021484