Bakıda avtomobil gənc qızı vuraraq öldürdü

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Xocahəsən qəsəbəsində qeydə alınıb.

Yolu keçən 1993-cü il təvəllüdlü Zərnişan İlqar qızını (soyadı dəqiqləşdirilir-red) minik avtomobili vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.

Onun meyiti aidiyyəti üzrə ekspertizaya təhvil verilib.

Hadisənin təfərrüatı araşdırılır.

0.40175104141235