Xırdalanda avtomobil gənci vurub öldürdü

Abşeron rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Xırdalan şəhərində qeydə alınıb.

Yolu keçən 1993-cü il təvəllüdlü Qasımov Nasim Nazim oğlunu minik avtomobili vurub. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya aparılarkən yolda vəfat edib.

Hadisənin təfərrüatı Abşeron rayon prokurorluğu tərəfindən araşdırılır.

0.32161784172058