Yaponiyada, ənənəvi olaraq bitən ilin simvolu olan heroqlifi seçilib. Bu 2020-ci ildə “sıx”, “dar” mənasını verən “Mitsu” simvolu oldu.
Bu barədə “RİA Novosti” xəbər yayıb.
Yaponiyada koronavirus pandemiyasına qarşı mübarizə zamanı məmurlar tərəfindən “üç Mitsu” (“sanmitu” və ya “Mitsu-no Mitsu”) ifadəsi çox işlənib. Bir çox şəhərlərdə isə “üç mitsu” təsviri olan bannerlər asılıb.
Seçim koronavirus pandemiyası üçün üç tövsiyə - insanların sıx torlaşdığı yerlərdən, dar məkanlardan və insanlar arasında sıx görüşmələrdən çəkinmə ilə əlaqədar edilib.
Qeyd edək ki, heroqlif ənənəvi olaraq Kyotodakı “Kiyomizu-dera” Buddist məbədinin xadimi tərəfindən böyük fırça və mürəkkəblə kağız kətan üzərində çəkilib.
Ötən ilin simvolları olan heroqriflər Yaponiyada 1995-ci ildən bəri seçilir.
Belə bir ənənə Çində də mövcuddur.