Avstriyada hərbçilər itə koronavirusu qoxu vasitəsilə tapmağı öyrədib

Avstriyada hərbçilər itlərə koronavirusu qoxu vasitəsilə müəyyən etməyi öyrədiblər.

Gazeta.ru-nun məlumatına görə, bu barədə Avstriyanın Müdafiə Nazirliyi açıqlama verib.

“Fantasy Forever” ləqəbli it qoxu vasitəsilə koronavirus olan tibbi maskaları müəyyən etməyi öyrənib.

Hazırda daha bir itin təlimləri davam edir. Ayın sonuna qədər daha iki itə sözügedən bacarığın öyrədilməsi planlaşdırılır.

0.2961528301239