İranın neft kəmərində yanğın oldu

İranın Çaharmahal-Bəxtiyari əyalətində neft borularında çatlama yanğına səbəb olub. 

İRNA-nın xəbərinə görə, hadisədə xəsarət alan olmayıb.

Yanğınsöndürmə işlərinin hələ də davam etdiyi bildirilir. 

Qeyd olunur ki, neft borusundakı çatlağın böyüklüyü səbəbindən təhlükəsizlik tədbirləri bir neçə saat davam edəcək.

0.31839990615845