Parisdə “Qlobal təhlükəsizlik haqqında” qanun layihəsinə qarşı keçirilən etiraz aksiyalarında 81 nəfər saxlanılıb.
Bu barədə Fransanın Daxili İşlər naziri Jerald Darmanen “Twitter” hesabında yazıb.
“Son məlumata görə 81 nəfər saxlanılıb”, - deyə nazir bildirib.
O, həmçinin etiraz aksiyaları zamanı zorakılıqla qarşılaşan polis və jandarm qüvvələrinə təşəkkür edib.