London Administrasiyasının üzvü Tom Sleyx onlayn konfrans zamanı təsadüfən özünü yandırıb.
Lenta.ru-nun məlumatına görə, həmin anlar zərərçəkənin özü tərəfindən “Twitter”də yayımlanıb.
“Bu gün ümid etdiyim şəkildə getmədi”, - deyə Sleyx yayımladığı videoya şərh verib.
Today didn’t go as smoothly as I hoped pic.twitter.com/fygcBSitiy
— Tom Sleigh (@tomsleigh) December 10, 2020
Bildirilir ki, məsləhətçi şamı yandırmaq istəyərkən qəza baş verib və masadakı kağızı, həmçinin özünü yandırıb.
Hadisə nəticəsində Sleyxin barmaqları yanıq xəsarəti alıb. Ancaq vaxtında əlini soyuq suya salmasına görə, ciddi xəsarətdən qurtulub.