“Gənc Könüllülər” Hərəkatı iki yaşını qeyd edir

7 dekabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun təşəbbüsü ilə yaradılan “Gənc Könüllülər” Hərəkatı bu gün iki yaşını qeyd edir. 

Yarandığı gündən etibarən hərəkatın əsas məqsədi ölkənin rifahı üçün çalışan geniş könüllü şəbəkəsini formalaşdırmaq, eləcə də, gənclərin müəyyən istiqamətlər üzrə bilik və bacarıqlarının artırılmasına, fərdi inkişafına dəstək göstərməkdən ibarət olub. 

Respublikanın 30-a yaxın şəhər və rayonlarında bu günə qədər “Gənc Könüllülər” Hərəkatının 2000-dən çox könüllüsü fəaliyyət göstərmiş, regionlarda Gənclərin İnkişaf və Karyera Mərkəzlərinin açılışında fəal iştirak ediblər.  

Hərəkatın üzvləri gənclərin inkişafı sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək vermək məqsədilə iki il müddətində sosial, vətənpərvərlik və ekoloji istiqamətlərdə 100-dən çox layihənin, eyni zamanda, 900-ə yaxın tədbir və təlimlərin təşkilində yaxından iştirak ediblər.

Gənc Könüllülər COVID-19 pandemiyası ilə əlaqədar ölkədə həyata keçirilən tədbirlərə də öz töhfələrini verməklə Azərbaycan Könüllü Təşkilatları İttifaqının həyata keçirdiyi “Bir-birimizi qoruyaq”, “Könüllü Qonşu”, “Könüllü Donor” kimi aksiyalarda iştirak edərək ölkənin bütün regionlarında 100-lərlə ailəyə maddi və mənəvi dəstək olub, eləcə də maarifləndirmə işlərində xüsusi fəallıq nümayiş etdiriblər. 

0.29057478904724