Sürpriz baş vermədi: Naxçıvan təmsilçisi çempionluğu güzəştə getmədi

“Gaming League Azerbaijan”ın təşkilatçılığı, “Mountain Dew” şirkətinin tərəfdaşlığı ilə reallaşan dünyanın ən populyar virtual döyüş növü olan Counter-Strike: Global Offensive (CS:GO) oyunu üzrə Azərbaycan birinciliyində növbəti oyunlar keçirilib.

Gənclər və İdman, eləcə də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin Azərbaycan Kiberidman Federasiyası tərəfindən ölkəmizdə kiberidmanın inkişafına dəstək olan “Gaming League Azerbaijan”ın (GLA) təşkilatçılığı ilə keçirilən birincilik Naxçıvan təmsilçisinin qələbəsi ilə yadda qalıb.

Finalda “Lankaran Heroes”u 2-0 hesabıyla üstələyən “Nakchivan Alinja Tower” yarışın qalibi adını qazanıb. Üçüncü yer uğrunda mübarizədə “Karabakh Horses” eyni hesabla “Quba Tigers”i məğlub edib. 

Güclülər arasında ən zəif nəticə göstərən “Quba Tiger” ikinci diviziona enib. İkinci divizionun qalibi “Shaki Khans” isə artıq güclülərin yarışında çıxış etmək imkanı əldə edib.

Zəif nəticə göstərən “Old City” kollektivi ikinci divizionu tərk edib. Yeni yarışda onları “Balakhani Oilers” əvəz edəcək.

“Instagram” ünvanı: Glahub

2019-cu ilə qədər olan statistikalara görə, 400 milyondan artıq insanın marağını qazanan kiber idman sahəsi bu gün də öz populyarlığını artırmağa davam edir. Kiber idman oyunları test oyun olaraq 2022-ci ildə baş tutacaq 19-cu Asiya Oyunlarına daxil edilib.

Azərbaycanda isə 2019-cu ildə yaranıb, kiber idman turnirləri həyata keçirən Gaming League Azerbaijan (GLA) bugünədək 10-dan çox (14) kiber idman çempionatı həyata keçirib. Kiber idman mədəniyyətini inkişaf etdirmək məqsədi ilə yaradılan bu şirkətin prioritet məqsədləri arasında Azərbaycanda beynəlxalq səviyyəyə qədər kiber idman üzrə oyunların inkişaf etdirilməsi və Azərbaycanda həm yerli, həm də beynəlxalq tədbirlərin keçirilməsi üçün bütün lazımi şəraitin yaradılması daxildir.

0.31022095680237