Abşeronda iki nəfər bağlı qapı arxasında köməksiz qaldı

Abşeron rayonu, Xırdalan şəhərində biri azyaşlı olmaqla iki nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaşlara köməklik göstərilib.

0.33104395866394