Bakıda iki avtomobil toqquşdu: Gənc xəsarət aldı

Bakıda xəsarətlə nəticələnən daha bir yol-nəqliyyat hadisəsi baş verib.

Report-un məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 1997-ci il təvəllüdlü Tağıyev Ramin Vüqar oğlu bədən xəsarətləri alıb.

Yaralı xəstəxanaya çatdırılıb, müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

0.33735418319702