Cənubi Koreyada müxalifət partiyaları razılığa gəldilər: İmpiçment proseduru başlanılacaq

Koreya Respublikasının müxalifət partiyaları bu gün, yerli vaxtla saat 14:40-da (Bakı vaxtı ilə 09:40) prezidentin impiçmenti ilə bağlı təklif təqdim etmək barədə razılığa gəliblər.

Xeber-ps.com bu barədə "Yonhap" agentliyinə istinadən xəbər verir.

Agentlik hələlik təklifin təqdim edilib-edilmədiyini dəqiqləşdirmir.

Normalara əsasən təklif üzrə səsvermə 24-72 saat ərzində keçirilməlidir. Bu o deməkdir ki, səsvermə dekabrın 6-sı və ya 7-də keçiriləcək.

0.08823299407959