Bir müddət əvvəl yeddiaylıq hamilə qadının ilan sancması səbəbi ilə Ağstafa rayonundan Kliniki Tibbi Mərkəzin (KTM) Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunan pasiyentin körpəsi dünyaya gəlib.
Xeber-ps.com xəbər verir ki, bu barədə KTM məlumat yayıb.
Bildirilib ki, 31.10.2024-cü il tarixində Ağstafa rayonundan KTM-in doğum şöbəsinə gətirilən qadın fəsadlaşmış analıq anamnezi ilə Ginekoloji patologiya şöbəsinə qəbul olunub.
Daxil olduğu gündən noyabrın 6-sına qədər ana müvafiq müayinələrdən keçib və stasionar şəkildə müalicələr alıb.
Noyabrın 6-da ananın və dölün perinatal mühafizəsi məqsədilə tibbi göstərişlərə əsasən, hamiləlik keysəriyyə kəsiyi əməliyyatı ilə sonlandırılıb.
Çəkisi 3 kq, boyu 51 sm olan uşaq (kişi cinsli) dünyaya gəlib.
Hazırda ananın və körpənin vəziyyətləri kafidir.