Körpə Nazilənin anası yardım istəyir: "Müalicəsini vaxtında etsək, sağlamlığına tam qovuşacaq"

Doqquzaylıq Nazilənin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.

Bu barədə Xeber-ps.com-a onun anası Lətifə Əsgərova məlumat verib.

O bildirib ki, övladının başında kista var:

"Nazilə bu ilin fevral ayında dünyaya gəlib. Doğulandan sonra keçirilən ilk müayinələrdə həkimlər onun başında kista olduğunu və müalicə ilə düzələ biləcəyini dedilər. Demək olar ki, doğulduğu gündən müalicə və müayinələrdədir. Hər şeyi vaxtlı-vaxtında etmişik, həkimlər kistanın ölçüsünün kiçildiyini deyirlər. Müalicələri mütəmadi etdirsək, bunun tamamilə keçib gedə biləcəyini deyirlər".

Gənc ana övladı üçün yardım istəyib:

"Nazilə mənim ikinci övladımdır. Ailəmizdə tək yoldaşım işləyir, mən isə evdar qadınam. Tək yoldaşımın maaşı ilə iki uşağı və aylıq xərclərimizi qarşılamaq, inanın, çox çətindir. Nazilənin müalicəsini davam etdirmək üçün hazırda 470 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirik".

Ailə ilə əlaqə: (055) 249-12-18.

Beynəlxalq Bank: 4127 2081 0588 4612.

0.11832690238953