Dini Liderlərin Qlobal Sammitinin ilk günü başa çatıb

COP29 çərçivəsində Dini Liderlərin Qlobal Sammiti çərçivəsində "Dünya Dinləri Yaşıl Planet uğrunda" mövzusunda plenar iclas keçirilib.

"Report" xəbər verir ki, iclas "Bizim planetimiz" adlı videoçarxın nümayişi ilə başlayıb.

Plenar iclasda "Dinlərin və inancların iqlim dəyişikliyi böhranına baxışı və onun planet, həyat və yaşam vasitələri üçün təsiri", "Yaşıl gələcəyin təşviqində və iqlim dəyişikliyi ilə bağlı məlumatlılığın artırılmasında və onunla mübarizədə dini və inanc təşkilatlarının rolu", "Dinlərarası və sivilizasiyalararası dialoq vasitəsilə iqlim dəyişikliyi ilə mübarizə", "Silahlı münaqişələr, zorakılıq, ekosid və urbisid aktları ətraf mühitə zərər vurur və iqlim dəyişikliyi ilə qlobal mübarizəyə maneə yaradır" mövzuları üzrə çıxışlar səsləndirilib, müzakirələr aparılıb.

Bununla da sammitin ilk günü işini yekunlaşdırıb.

Bakıda Dini Liderlərin Qlobal Sammiti keçirilir.

"Report" xəbər verir ki, tədbir Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu (COP29) sessiyası ərəfəsində reallaşır.

Dini Liderlərinin Qlobal Sammiti Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında təşkil olunur. "Dünya Dinləri Yaşıl Planet Uğrunda" şüarı altında keçirilən tədbirin tərəfdaşları qismində Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi, Beynəlxalq Müsəlman Ağsaqqalları Şurası və BMT-nin Ətraf Mühit Proqramı çıxış edir.

Dünya və ənənəvi dinlərin liderlərinin, müxtəlif konfessiyaları təmsil edən və dünya miqyasında tanınan din və ictimaiyyət nümayəndələrinin qatıldığı Qlobal Sammitdə 55 ölkəni, 30 beynəlxalq təşkilatı, aparıcı KİV-ləri təmsil edən 220-dən çox qonaq iştirak edir.

Tədbir iki gün davam edəcək.

Dini Liderlərin Qlobal Sammitinin ilk günü başa çatıb

Dini Liderlərin Qlobal Sammitinin ilk günü başa çatıb

0.11566591262817