Füzuli rayonunda itkin düşən kişinin meyiti tapılıb.
"Qafqazinfo" xəbər verir ki, rayon sakini Yaşar Kazım oğlu İbişovun meyiti rayonun Qayıdış qəsəbəsi ərazisində yerləşən "Beton kanal" adlanan yerdə aşkarlanıb.
O, bir neçə gün idi ki, axtarışda imiş.
Məlumata görə, mərhumun atası K.İbişov 1990-cı ilin əvvəllərində Füzuli rayonuna rəhbərlik edib.
Faktla bağlı araşdırma aparılır.