Fernandu Santuş: "Futbolçularımın qələbəsi mənə ad günü hədiyyəsi olacaq"

"İnanıram ki, sabah baş tutacaq matçda futbolçularımın qələbəsi mənə ad günü hədiyyəsi olacaq".

"Report" xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş Estoniya yığmasına qarşı keçirəcəkləri Millətlər Liqasının oyunundan öncə baş tutan mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis sabah baş tutacaq qarşılaşmada qələbə qazanmaq istədiklərini bildirib:

"Bu gün mənim doğum günümdür. Ad günümü təbrik edən hər kəsə öz təşəkkürümü bildirirəm. İnanıram ki, sabah baş tutacaq matçda futbolçularımın qələbəsi mənə ad günü hədiyyəsi olacaq. Uzun illərdir ki, futbolun içərisindəyəm və baş məşqçi kimi fəaliyyət göstərirəm. Mənə işləməyimdə motivasiya verən səbəblər çoxdur. Azərbaycan millisində futbola marağın böyük olduğunu gördüm və bu səbəbdən burada işləmək mənə xoşdur".

Qeyd edək ki, Estoniya - Azərbaycan qarşılaşması oktyabrın 11-də, Bakı vaxtı ilə saat 20:00-da "Lilleküla" stadionunda keçiriləcək.

0.34360098838806