"Atletik Bilbao"nun futbolçusu Niko Uilyams İspaniya millisinin düşərgəsini tərk edib.
Xeber-ps.com xəbər verir ki, 22 yaşlı vinger zədə səbəbindən millinin UEFA Millətlər Liqasında Danimarka və Serbiya ilə oyunlarını buraxacaq.
Xatırladaq ki, İspaniya millisi oktyabrın 12-də Danimarka ilə, 15-də isə Serbiya seçməsi ilə qarşılaşacaq.
Qeyd edək ki, hazırda aktivində 4 xalı olan İspaniya millisi A liqasının 4-cü qrupunun 2-ci pilləsində qərarlaşıb.