Bakı-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report” xəbər verir ki, hadisə yolun 24-cü kilometrliyində qeydə alınıb.
Belə ki, 50-DS-879 dövlət nişanlı “VAZ 2114” markalı avtomobil 99-UC-081 dövlət nömrə nişanlı “Mercedes” markalı yük maşını ilə toqquşub.
Hadisə nəticəsində “VAZ 2114” markalı avtomobildə olan sərnişin yerindəcə vəfat edib, sürücü isə xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
{gallery}