Ali Məhkəməyə yeni hakimlər təyin ediliblər

Ali Məhkəməyə yeni hakimlər təyin ediliblər.

"Report" xəbər verir ki, bununla bağlı Milli Məclisin bugünkü plenar iclasında Ali Məhkəməyə hakimlərin təyin edilməsi haqqında layihə müzakirə olunub.

Layihə üzrə İlqar Cəfərov, Sərvər Vəliyev, Raqib Qurbanov, Vüsalə Baxışova və Rəşad Həsənovun Ali Məhkəmənin hakimləri təyin edilməsi təklif edilirdi.

Layihə səsverməyə çıxarılaraq təsdiqlənib.

Qeyd edək ki, İlqar Cəfərov 2020-24-cü illərdə Ədliyyə Nazirliyinin İcra baş idarəsinin rəisi olub, Sərvər Vəliyev isə 2022-ci ildən Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin Mülki və iqtisadi qanunvericilik sektorunun müdiri olub. Raqib Qurbanov 2020-ci ildən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının sədri, Vüsalə Baxışova 2017-ci ildən Bakı Apellyasiya Məhkəməsinin hakimi, Rəşad Həsənov 2020-ci ildən Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifəsində çalışıb.

0.11430406570435