"Mançester Siti" İngiltərə Premyer Liqasına məhkəmədə qalib gəldi

İngiltərənin "Mançester Siti" futbol klubu İngiltərə Premyer Liqasına qarşı əlaqəli tərəflərlə sövdələşmələrə görə məhkəmədə qalib gəlib.

Xeber-ps.com TASS-a istinadən xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Dinləmədə liqanın ilkin qaydalarının Böyük Britaniyanın rəqabət qanununu pozduğu və liqanın özünün də klublar üzərində dominant mövqeyindən sui-istifadə edildiyi müəyyən edilib.

Qaydalar qeyri-qanuni elan edilib və liqanın "Mançester Siti" ilə iki sponsorluq müqaviləsi üzrə qərarları ləğv olunub.

0.15909814834595