Balıq tutarkən boğulan şəxs DSX-nin giziri imiş

Şəmkirdə 35 yaşlı kişinin hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, çayda boğulan Kəlbəcər rayon sakini, 1989-cu il təvəllüdlü Zəka Abdullayev Dövlət Sərhəd Xidmətinin giziri imiş.

O, şənbə günü, xidmətdənkənar vaxt yaşadığı Gəncə şəhərindən Şəmkir rayonu ərazisinə balıq tutmağa gedib. Z.Abdullayev ehtiyatsızlıqdan çaya düşüb və boğularaq ölüb.

Onun meyiti tapılaraq ailəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

0.2034170627594