"Əl-Əhli" Salahın izinə düşüb

"Əl-Əhli" hazırda "Liverpul"un 32 yaşlı cinah oyunçusu Məhəmməd Salahla danışıqlar aparır və eyni zamanda, Mersisaydın 33 yaşlı mərkəz müdafiəçisi Vircil van Deyklə maraqlanır.

Xeber-ps.com xəbər verir ki, bu barədə "Caught Offside" məlumat yayıb.

Məlumata görə, "Əl-Əhli"nin planı bu futbolçulara daha bir mövsüm uzatma variantı ilə üç illik müqavilə təklif etməkdir. Misirli futbolçu üçün prioritetin "Liverpul"da qalmaq olduğu vurğulansa da, o, Səudiyyə Ərəbistanına keçmək ehtimalını da istisna etmir.

Qeyd edək ki, Salah və Van Deykin ingilis klubu ilə müqaviləsi 2025-ci ilin yayına qədərdir.

0.11529183387756