Braziliyalı Aleks Pereyra UFC çempionluğunu qorudu

Braziliyalı qarışıq döyüş ustası (MMA) Aleks Pereyra amerikalı Xəlil Rountrini məğlub edərək yarımağır çəkidə Mütləq Döyüş Çempionatı (Ultimate Fighting Championship - UFC) çempionu titulunu qoruyub.

Xeber-ps.com TASS-a istinadən xəbər verir ki, qarşılaşma Solt Leyk Sitidə (ABŞ, Yuta) UFC 307 turniri çərçivəsində baş tutub.

Döyüş Pereyranın dördüncü raundda texniki nokautla qalib gəlməsi ilə başa çatıb. 37 yaşlı braziliyalı bir ildə üçüncü dəfə titulunu müdafiə edib.

Pereyra 2023-cü ilin noyabrında Proçaskanı məğlub edərək çempion olub. Onun qarışıq döyüş növləri üzrə 12 qələbəsi və 2 məğlubiyyəti var.

0.54661393165588