Paytaxtda yaşayış binalarında su çənlərinin təmizlənməsinə nəzarət edilir?

Binaların damındakı su çənlərinin əksəriyyəti illərlə istifadə olunsa da, təmizlənmir. Yeni tikilən binaların su anbarlarının təmizlənməsi ilə bağlı da ciddi problemlər var.

Ekspertlər deyirlər ki, binaların ehtiyat su anbarları azı ildə bir dəfə yuyulmalı olduğu halda, MTK-lar bəzən illərlə bu məsələyə biganə yanaşırlar.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin həkim-gigiyenisti Ziyəddin Kazımov "Xəzər Xəbər"ə müsahibəsində qeyd edib ki, binalarda yerləşən su anbarları ildə bir dəfə dezinfeksiya olunmalı və yuyulmalıdır. Respublika Gigiyena və Epidemiologiya Mərkəzi və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən bununla bağlı məcburi tələb var.

Ziyyəddin Kazımov qeyd edib ki, sakinlər özləri də sağlamlıqları üçün bunu MTK-dan tələb etməlidirlər. Çünki vətəndaşlar kommunal xidmət haqlarını, binanın saxlanması xərclərini ödəyirlər. Bir çox binalar MTK-lar tərəfindən idarə olunduğuna görə, bu məsələlərə diqqət yetirilmir.

Binaların damındakı və digər su çənlərinə nəzarət mexanizminə gəlincə, Ziyəddin Kazımov qeyd edib ki, bu, vətəndaşların şəxsi müraciəti əsasında reallaşdırılır.

Ziyəddin Kazımov onu da əlavə edib ki, su çənləri uzun müddət dezinfeksiya olunmadıqda, mədə-bağırsaq sistemi xəstəliklərinə səbəb ola bilər.

Ətraflı süjetdə:

Paytaxtda yaşayış binalarında su çənlərinin təmizlənməsinə nəzarət edilir?

Paytaxtda yaşayış binalarında su çənlərinin təmizlənməsinə nəzarət edilir?

0.10663485527039