"Fənərbağça" klubunun idarə heyətinin üzvü Acun Ilıcalı şəxsi "ınstagram" hesabından "Qalatasaray" rəsmilərini sərt şəkildə tənqid edib.
Xeber-ps.com xəbər verir ki, tanınmış iş adamı Acun Ilıcalı şəxsi "ınstagram" profilindən "Qalatasaray"ın futbolçu transferində fırıldaqçılıq etdiyi, maaşların qiymətində saxtakarlıq etdiyini bildirib.
O, əlavə olaraq "sarı-qırmızılar"ın rəsmilərinin "Fənərbağça" klubuna durmadan böhtan atdığını da dilə gətirib.
Qeyd edək ki, Acun Ilıcalı ötən gün keçirilən mətbuat konfransında iki saat müddətində jurnalistlərin suallarını cavablandırıb.