Sentyabr ayının 30-u, saat 20:30-da 1984-cü il təvəllüdlü kişi halsızlıq, yüksək hərarət səbəbilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım bölməsinə hospitalizasiya olunub.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) "Report"un sorğusuna cavab olaraq bildirilib ki, vəziyyəti ağır qiymətləndirilən şəxsə bütün zəruri reanimasiya tədbirlərinin göstərilməsinə baxmayaraq saat 21:50-də ölüm faktı qeydə alınıb.
Şəmkir şəhər sakini dərmandan şoka düşərək ölüb.
"Report"un məlumatına görə, Şəmkir şəhər sakini, 1984-cü il təvəllüdlü Qoşqar Əliyev sentyabrın 30-u saat 21:00 radələrində xəstəxanaya müraciət edib və ona verilən dərmanın şokundan ölüb.
Rayon prokurorluğu faktla bağlı araşdırma aparır.