“Əl-Qaidə” terror qruplaşması Şimali Afrikadakı lideri Əbdülmalik Drukdalın məhv edildiyini təsdiqləyib.
Bu barədə “Reuters” məlumat yayıb.
Qruplaşma artıq bölgədəki terrorçulara yeni lider də təyin edib.
“Əl-Qaidə”nin Şimali Afrikadakı yeni başçısı Mücahid Yezid Mübarək olub. Əlcəzairli terrorçu “Əbu Ubeydə Yusuf əl-Anabi” kimi məşhurdur.