Sumqayıtda 12 yaşlı qız 8-ci mərtəbədən yıxıldı: Vəziyyəti ağırdır

Sumqayıtda 12 yaşlı qız 8-ci mərtəbədən yıxılıb.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə şəhərin 10-cu mikrorayonunda qeydə alınıb.

2012-ci il təvəllüdlü Kiçikxanım Burcəliyeva ehtiyatsızlıq nəticəsində yaşadığı 9 mərtəbəli binanın 8-ci mərtəbəsindən yıxılıb.

Yaralı Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Vəziyyəti ağırdır.

Hadisənin səbəbi araşdırılır.

0.10782289505005