Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsində yerləşən obyektdə baş verən yanğının ətrafa yayılmasının qarşısı alınaraq nəzarətə götürülüb.
Xeber-ps.com bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.
Qeyd olunub ki, ərazidə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri yanğınla mübarizə tədbirlərini davam etdirirlər.
Bakının Binəqədi rayonunda yanğın başlayıb.
Xeber-ps.com xəbər verir ki, Biləcəridə yerləşən mebel sexində yanğın başlayıb.
Məlumatla əlaqədar, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin texnika və qüvvələri əraziyə cəlb olunub.