BDU-nun tələbəsi yol-nəqliyyat hadisəsinin qurbanı oldu

Bakı Dövlət Universitetinin (BDU) tələbəsi vəfat edib.

Xeber-ps.com xəbər verir ki, bu barədə BDU məlumat yayıb.

Bildirilib ki, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində "Politologiya" ixtisası üzrə təhsil alan IIl kurs tələbəsi Kənan Abıyev yol-nəqliyyat hadisəsi zamanı həyatını itirib.

"BDU rəhbərliyi və kollektivi tələbəmizin vaxtsız vəfatından kədərləndiyini bildirir, ailəsinə dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!", - məlumatda qeyd edilib.

0.26099514961243