Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.
Bununla bağlı Xeber-ps.com-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. Balakən-Şəki zonasında isə intensiv olub. Şahdağın 3000 metrdən yüksək dağlıq ərazilərinə qar yağıb.
Düşən yağıntının miqdarı Şəkidə (Kişçay) 22 mm, Zaqatalada 21 mm, Qaxda (Sarıbaş) 15 mm, Lerik və Balakəndə 14 mm, Yardımlıda 13 mm, Qubada 12 mm, Qusarda 11 mm, Qəbələdə 10 mm, Xaçmaz və İsmayıllıda 9 mm, Ağdamda 8 mm, Qrız, Zərdab və Oğuzda 6 mm, Şabran, Göyçay və Şamaxıda 5 mm, Altıağac, Xaltan, Şahdağ, Göygöl, Gədəbəy, Yevlax, Mingəçevir, Kürdəmir, Daşkəsən, Qobustan, Gəncə, Şəmkir, Ağstafa, Ağsu, Tərtər, Bərdə, İmişli və Biləsuvarda 4 mm-dək olub.
Şərq küləyinin sürəti arabir Culfada 21 m/s, Neftçala, Naftalanda 18 m/s-dək güclənib
Daşkəsən, Göygöl, Qusar, Qrız, Şahdağ, Göyçay, Şəmkir, Gədəbəy, Lerikdə duman müşahidə olunub.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 26, Naxçıvan MR-də 28, Aran rayonlarında 29, dağlıq rayonlarda 18 dərəcəyədək isti qeydə alınıb.