"Bu gün 0:3 hesabı ilə uduzmağa layiq deyildik".
"Report" xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov İngiltərə təmsilçisi "Tottenhem"ə qarşı UEFA Avropa Liqasının Liqa mərhələsinin I turunun oyunundan sonra baş tutan mətbuat konfransında deyib.
52 yaşlı mütəxəssis 0:3 hesablı məğlubiyyəti şərh edib:
"Rəqibi təbrik edirəm. Layiqli qələbə qazandılar. Xeyli sayda qol vurmaq imkanlarımız oldu. Futbolçularıma çox iradım yoxdur. Amma daha yaxşı oynaya bilərdilər".