İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kilian Mbappe La Liqanın VII turunda "Alaves"lə oyunda zədələnib.
Xeber-ps.com xəbər verir ki, fransalı hücumçunun bud sümüyündə problem aşkarlanıb.
Məhz bu səbəbdən, 25 yaşlı hücumçunun "Atletiko Madrid"lə derbi matçda iştirak etməyə bilər.
Qeyd edək ki, K.Mbappe "Alaves"lə oyunun 80-ci dəqiqəsində zədələnərək əvəzlənməsini istəyib. Görüş "Real"ın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Hazırda Madrid klubu 17 xalla turnir cədvəlində ikincidir, "Alaves" 10 xalla 8-ci yerdə qərarlaşıb.