İsrail ordusu Aşkelon şəhərinə endirilən raket zərbəsinə cavab olaraq Qəzza sektorunda yerləşən HƏMAS-a məxsus hərbi obyektlərə hücum edib.
Bu barədə “RİA Novosti” məlumat yayıb.
“Qəzzadan axşam saatlarında İsrailə atılmış raketə cavab olaraq hərbi hava qüvvələri HƏMAS-ın bu ərazidəki hərbi obyektlərinə zərbələr endirib”, - deyə İsrail tərəfi bildirib.
Raket zərbələri endirilən obyektlər arasında raket sursatları istehsal edən zavod da olub.