İngiltərə Premyer Liqasının V turunun "Mançester Siti" - "Arsenal" (2:2) matçında "topçular"ın futbolçuları utancverici statistikaya imza atıblar.
Xeber-ps.com xəbər verir ki, London təmsilçisinin heyətində hücumçu Kay Haverts və müdafiəçi Yurrien Timber görüşü dəqiq ötürmə etmədən başa vurublar.
Bununla da K.Haverts Premyer Liqa tarixində son 7 mövsümdə 90 dəqiqə meydanda olan və dəqiq ötürmə edə bilməyən ilk oyunçu olub.
26 yaşlı almaniyalı forvard "şəhərlilər"lə qarşılaşmada 5, Y.Timber isə 6 cəhddə uğursuz ötürmə edib.