1990-cı il futbol üzrə dünya çempionatının bombardiri (6 qolla) və ən yaxşı oyunçusu Salvatore Skillaçi vəfat edib.
Xeber-ps.com xəbər verir ki, italiyalı keçmiş futbolçu bir neçə il idi ki, onkoloji xəstəliklə mübarizə aparırdı.
O, 59 yaşında dünyasını dəyişib.
Xatırladaq ki, Skillaçi 1997-ci ildə karyerasını bitirib. O, İtaliyanın "Yuventus" və "İnter" kimi məşhur klublarında çıxış edib. Hücumçu sonuncu dəfə 1991-ci il sentyabrın 25-də İtaliya millisində çıxış edib.