Səudiyyə Ərəbistanının "Ən-Nəsr" futbol klubu "X" sosial şəbəkəsindəki (keçmiş "Twitter") rəsmi hesabında portuqaliyalı mütəxəssis Luiş Kaştrunun komandanın baş məşqçisi vəzifəsindən uzaqlaşdırıldığını açıqlayıb.
Xeber-ps.com xəbər verir ki, o, son 14 ayda komandanın sükanı arxasında olub.
63 yaşlı mütəxəssis 2023-cü ilin iyulunda "Ən-Nəsr"in baş məşqçisi təyin edilib. Bu müddət ərzində Səudiyyə klubu onun rəhbərliyi altında bütün turnirlərdə 54 oyun keçirib, 36 dəfə qalib gəlib, 9 dəfə heç-heçə edib, 9 dəfə isə uduzub.
Səudiyyə Ərəbistanı Pro Liqasının cari mövsümünün üç turundan sonra "Ən-Nəsr" 5 xal toplayıb və yeddinci yerdədir.