Bakıda ev sahibi ilə kirayənişin arasında dava düşüb, qadınlar xəsarət alıblar

Bakının Sabunçu rayonunda iki qadın arasında dava düşüb.

APA xəbər verir ki, hadisə Əkrəm Cəfərov, 92 ünvanında qeydə alınıb.

Belə ki, ev sahibi 1971-ci il təvəllüdlü Familə Lətif qızı Yaqubova onun evində kirayədə yaşayan 1976-ci il təvəllüdlü Adilə Aslan qızı Aslanova ilə mübahisə edib. Daha sonra bu mübahisə davaya çevrilib.

Dava zamanı hər iki tərəf ağır xəsarət alıb. Onlar Sabunçu Tibb Mərkəzinə yerləşdiriliblər.

Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşları faktı araşdırırlar.

0.24675989151001